İtaliya səfiri Konqoda öldürüldü

İtaliya səfiri Konqoda öldürüldü
İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

Ann.az-ın "Telegraph"a istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti