İslandiya millisinin qapıçısı "Qarabağ"dan getmək istəyir

İslandiya millisinin qapıçısı
İslandiya millisinin qapıçısı Hannes Halldorsson "Qarabağ"dan ayrılmaq istəyir.

Ann.az xəbər verir ki, o, bunu az oynaması ilə əlaqələndirib: 

"Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı. Çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silvanın transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdu. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur. "İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Bakıda "Sportinq"lə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən Halldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb. Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb. 

www.ann.az

Xəbər lenti