İşğal olunmuş rayonlarımızda məskunlaşan xarici ermənilər (FOTOLAR)

İşğal olunmuş rayonlarımızda məskunlaşan xarici ermənilər (FOTOLAR)
Son 28 ildə Ermənistan aktiv şəkildə xarici ölkələrdə yaşan erməni əhalinin Qarabağda qanunsuz məskunlaşdırılmasını həyata keçirir. 

"BBC Rus" agentliyinin Dağlıq Qarabağda məskunlaşdırılan Livan erməniləri barədə hazırladığı reportajda bu qanunsuz aktların açıq şahidi olmaq mümkündür. Belə ki, BBC müxbirlərinin danışdığı Livan erməniləri bu ərazilərdən birində keçmiş Azərbaycan kəndində məskunlaşdırılıblar. Burada 300 nəfər Livan ermənisinin kompakt şəkildə məskunlaşdırıldığı qeyd olunub. Onların arasında Suriyadan gətirilən ermənilərin də olduğu bildirilib. 

Ermənistanın bu prosesi həyata keçirərkən vaxtilə Azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi kənd və rayonları seçməsi bir məqsəd daşıyır. Süni şəkildə bölgənin demoqrafik xəritəsini dəyişmək və Qarabağdakı Azərbaycan irsini silərək gələcəkdə bu əraziləri qədim erməni torpaqları kimi təqdim etmək.  

Bununla Ermənistan rəhbərliyi demoqrafik əngəllər yaradaraq azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almağa çalışır. Bu onu göstərir ki, sözügedən rayonlarda 28 il əvvəl azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistan bu gün də təcavüzkar siyasətindən əl çəkməyib.//Qafqazinfo.az
 




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti