İraq prezidenti istefa verdi

İraq prezidenti istefa verdi
İraq prezidenti Bərham Saleh istefa verib.

Ann.az "Al-Arabia” telekanalına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı parlamentə müraciət edib. Prezident bildirib ki, siyasi və parlament fəaliyyəti xalqın yüksək maraqlarına cavab verməlidir. 

Qeyd edək ki, İraqda bir müddətdi hökumət böhranı yaşanr. Belə ki, yeni baş naziri postuna namizəd məsələsində partiyalar razılıq əldə edə bilmir.

Bərham Saleh 2018-ci ilin 2 oktyabrından İraqa başçılıq edirdi. O, əvvəllər İraq Kürdistan Muxtariyyətinin baş naziri və İraq baş nazirinin müavini olub.

www.ann.az

Xəbər lenti