İranlı millət vəkillərindən Ruhaniyə Cavad Zərif müraciəti

İranlı millət vəkillərindən Ruhaniyə Cavad Zərif müraciəti
İran parlamentinin çox sayda üzvü Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin istefası ilə əlaqədar prezident Həsən Ruhaniyə müraciət edib.

Ann.az xəbər verir ki, imza toplayan millət vəkilləri Ruhanidən Cavad Zərifin istefasının qəbul edilməməsini, onun nazir postunda saxlanılmasını istəyib.

Qeyd edək ki, Cavad Zərif ötən gecə "Instagram" hesabında istefa verdiyini açıqlayıb. Onun bu qərarının Ruhani tərəfindən qəbul edilmədiyi bildirilir.

www.ann.az

Xəbər lenti