İrandakı İngiltərə səfiri kütləvi aksiyalara qatıldığı üçün həbs edildi

İrandakı İngiltərə səfiri kütləvi aksiyalara qatıldığı üçün həbs edildi
İranın səhvən vurduğu Ukrayna təyyarəsində ölən sərnişinləri anmaq məqsədilə Tehranda küçələrə axışan kütlənin toplanışı sonradan etiraz aksiyasına çevrilib. 

Ann.az xəbər verir ki, narazı kütlə ölkədəki mövcud rejim əleyhinə şüarlar səsləndirərək Əmir Kəbir universitetinin önünə toplaşıblar. 

Aksiyaya dəstək olan İngiltərənin İrandakı səfiri Rob Makeyr buna görə həbs edilib.  Dərhal məsələyə reaksiya verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirib. 

Rob Makeyr 1 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. Məhkəmə prosesindən sonra sərbəst buraxılan səfir bir neçə gün sonra polisə çağırılaraq ifadəsi alınacaq. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti