İranda yaşayan azərbaycanlıların sayı açıqlandı

İranda yaşayan azərbaycanlıların sayı açıqlandı
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı məlumat paylaşıb.

Ann.az xəbər verir ki, Sayman Aruz "İran adlanan ölkədə” 40 milyondan çox soydaşımızın yaşadığını bildirib: 

"Mənə hər zaman müraciət edirlər ki, İran adlanan ölkədə azərbaycanlıların dəqiq sayı nə qədərdir? Mən də müəyyən çalışmalardan sonra aşağıdaki say və üstəgəl faktiki yaşadığımız ərazinin kv.km-ni müəyyən edə bildim. Xatırladım ki, İranda yaşadığım dönəmdə müxtəlif vasitələrlə soydaşlarımızın sayını təyin etməyə çalışmışdıq və qeyd etdiyim statistika dəqiq statistikaya yaxındır:

Tehran: 8 milyon 2 yüz altmış min (13000 kv.km)

Qərbi Azərbaycan: 4 milyon 2 yüz min (38000 kv.km)

Şərqi Azərbaycan: 5 milyon 150 min (47000 kv.km)

Həmədan: 2 milyon (20000 kv.km)

Zəncan: 1 milyon 7 yüz əlli min (21000 kv.km)

Qəzvin: 1 milyon 5 yüz yetmiş min (18000 kv.km)

Ərdəbil: 1 milyon 7 yüz yetmiş min (18000 kv.km)

Gülüstan: 1 milyon 9 yüz əlli min (21000 kv.km)

Əlborz: 4 milyon yüz min (6000 kv.km)

Sava şəhəri: dörd yüz otuz min (4000 kv.km)

Ərak şəhəri: altı yüz yetmiş min (30000 kv.km)

Qum: 1 milyon yüz yetmiş min (7000 kv.km)

İsfahan: 1,170,000 (32000 kv.km)

Kürdüstan: 5 yüz min (5000 kv.km)

Xorasan: 4 milyon 6 yüz yetmiş min (200,000 kv.km) 

Əhali: 39,300,000 nəfər azərbaycanlı

Ərazi: 485000 kv.km

Eyni zamanda digər ərazilərdə: 2 000 000 azərbaycanlının yaşadığı deyilir”.

Şair başqa türk mənşəli xalqların sayını da açıqlayıb: 

Qaşqay türkləri: Şiraz, İsfahan, Simnan vəs: 3 000 000 nəfər

Türkmənlər: Əsasən Xorasanda yaşayırlar: 3 000 000 nəfər

Sonqur, Xələc vəs türkləri Kürdüstan, Kirmanşah, Loristan, Gilan, Bəndər Abbas, Bircənd və s. yerlərdə yaşayırlar - 1 500 000.

Əhali: 9 500 000”.

Orxan Həsənli

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti