İranda hicaba etiraz - VİDEO

İranda hicaba etiraz - VİDEO
Facebook-da İrandakı qadın azadlıqları ilə bağlı səhifə yaradılıbTehran küçələrində əllərində müxtəlif şüarlarla yürüş edən nümayişçilər aidiyyatı qurumları Facebook-da yayılan bu tərbiyyəsizliyə son qoymağa çağırıblar. ANS TV-nin məlumatına görə, 1979-cu il inqilabından sonra qəbul olunmuş islami qanunvericiliyə görə, dinindən asılı olmayaraq, qadınlar evdən çölə çıxanda başlarını hicabla örtməlidir. Küçələrdə bu qaydalara əməl olunmasına xüsusi “əxlaq” polisləri nəzarət edir. Hicab qaydalarına əməl etməyən qadınlar xəbərdar edilir və cərimələnir, ən pis halda isə həbs olunurlar. Bu ölçülərə baxmayaraq cümə günü etirazçılar sosial azadlıqları genişləndirməyə çalışan Ruhani hökümətindən bununla bağlı daha sərt siyasət tələb ediblər.

Bir neçə gün əvvəl Facebook-da İrandakı qadın azadlıqları ilə bağlı səhifə yaradılıb və bu dünyada geniş müzakirə obyektinə çevrilib. İranda qadınlara hicabla bağlı seçim etmək hüququ ətrafında aparılan diskussiyalara isə 500 mindən çox istifadəçi qoşulub.

ANN.Az

Xəbər lenti