İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var (YENİLƏNİB/VİDEO)

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var (YENİLƏNİB/VİDEO)
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.

Ann.az "Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Əhvaz əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.
 
***11.09

İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib.

Ann.az "Tasnim” agentliyinə istinadən xəbər verir ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.

***10.20
 
İranın Əhvaz şəhərində hərbi parad keçirilən zaman terror aktı törədilib.

Ann.az xəbər verir ki, terakt nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində "Müqəddəs müdafiə” həftəsi münasibəti ilə hərbi parad keçirir. 


Xəbər lenti