İranda dəhşətli zəlzələ: 550 nəfər xəsarət alıb (FOTOLAR)

İranda dəhşətli zəlzələ: 550 nəfər xəsarət alıb (FOTOLAR)
İranın Kermanşah vilayətində zəlzələ qeydə alınıb.

Ann.az xəbər verir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. 

Zəlzələ nətiəsində 550 nəfər xəsarət artıb. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.
 





www.ann.az

Xəbər lenti