İran XİN ABŞ-ın "yersiz hərəkəti"ni pislədi

İran XİN ABŞ-ın "yersiz hərəkəti"ni pislədi

 İranla 5+1 ölkələri arasında Cenevrədə əldə olunan nüvə razılaşmasının icrası təhlükə ilə üzləşə bilər. Belə ki, bu həftə Amerika Birləşmiş Ştatları İranın nüvə proqramına qarşı tətbiq edilmiş sanksiyalar çərçivəsində daha bir neçə İran şirkətini və fiziki şəxsi qara siyahıya salıb. 

İranın "Press TV" telekanalının məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif buna "Facebook" sosial şəbəkəsindəki hesabında sərt reaksiya verib və Birləşmiş Ştatların bu addımının nüvə razılaşmasını təhlükə altına qoya bilməyəcəyini yazıb. "ABŞ-ın "yersiz hərəkətinə" baxmayaraq, İran dünya nəhəngləri ilə nüvə danışıqlarını davam etdirəcək. Amerikalıların bu addımı nüvə razılaşmasının ab-havasına uyğun gəlmir". - deyə, Məhəmməd Cavad Zərif qeyd edib. 

Birləşmiş Ştatların sanksiyaları genişləndirməsi bu həftə Avstriyanın paytaxtı Vyanada nüvə razılaşmasının icrasına dair ekspertlər səviyyəsində görüşün də yarımçıq dayandırılmasına səbəb olmuşdu.

ANN.Az

Xəbər lenti