İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hoseyn Bageri sabah Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən Ann.az-a verilən məlumata görə, ikigünlük səfər çərçivəsində M.H.Bagerinin Azərbaycanın Prezidenti, Baş naziri və Parlament sədri ilə görüşlər keçirəcəyi planlaşdırılıb.

Hərbi və sərhəd sferalarında əməkdaşlığın inkişafı, terrorla mübarizə və regionun inkişafı məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

www.ann.az

Xəbər lenti