İran sərhədində insident: ölən və yaralananlar var

İran sərhədində insident: ölən və yaralananlar var

Ötən gün axşam saatlarında İran-Pakistan sərhədində silahlı insident baş verib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Zahidan Şəhər İcra Hakimiyyətinin başçısının siyasi təhlükəsizlik məsələləri üzrə müavini Rəcəbəli Şeyxzadə açıqlama verib. Onun sözlərinə görə, hadisə Səravan sərhəd-keçid məntəqəsi ərazisində baş verib: “İnsident bir neçə saat çəkib. Nəticədə İran Sərhəd Qoşunlarının bir əsgəri həlak olub, bir zabit, həmçinin yerli bəluclardan olan üç bəsici yaralanıb. İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) hərbçiləri və sərhədçilər terrorçuları qonşu ölkənin sərhədinədək geri çəkilməyə məcbur ediblər”. Məlumatda ərazinin keçilməz və gecə olması səbəbindən qarşı tərəfin itki verib-verməsi ilə bağlı heç bir məlumatın olmadığı bildirilir. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti