İran rəsmisi: "İranlı qadınlar ərəb dövlətlərinə aparılır"

İran rəsmisi: "İranlı qadınlar ərəb dövlətlərinə aparılır"

Bir neçə illədir ki, İrandan qadınların seksual xarakterli istismar məqsədi ilə Birləşmiş Ərəb Əmirliyinə aparılması barədə həm ölkə daxilində, həm də xaricdə olan çeşidli mənbə və ictimai qurumlar xəbər yayır. Hakimiyyət isə bu məsələyə bir qayda olaraq, münasibət bildirmirdi.

Lent.az-ın məlumatına görə, İran Daxili İşlər Nazirliyi mühacirət və pasport idarəsinin rəisi Əli Sadiqi dekabrın 2-də jurnalistlərə açıqlamasında qadın alveri ilə məşğul olan qaçaqmalçı dəstələrin fəaliyyətindən danışıb.

O, deyib ki, insan alveri ilə məşğul olan belə qruplar iranlı qadınları əsasən Birləşmiş Ərəb Əmirlikləri və başqa ərəb ölkələrinə aparırlar: «Bu problemin varlığını inkar etmirik. Ancaq onların sayı çox deyil. Məsələn, Türkiyə və Malayziya ilə ölkəmiz arasında viza rejimi olmadığından bəziləri qanuni yolla ölkədən çıxır. Oradan isə Avstraliyaya, Birləşmiş Ərəb Əmirliklərinə və başqa ölkələrə gedirlər. Onlar əsasən işləmək adı və bəhanəsi ilə həmin ölkələrə səfər edir. Hazırda bu yöndə çeşidli cinayətkar dəstələr fəaliyyət göstərir».

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti