İran-İraq sərhədində zəlzələ: çox sayda yaralı var

İran-İraq sərhədində zəlzələ: çox sayda yaralı var
 
İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.

Ann.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 133 kilometr şimal-şərqdə, zəlzələ ocağı 49 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra müxtəlif zədələrlə xəstəxanalara müraciət edib. Bu barədə İran İslam Respublikasının Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi İRNA agentliyinə bildirib.

"Bu insanlardan heç kim zəlzələdən zərər çəkməyib, onlar qorxu və qaçış zamanı xəsarət alıblar", - deyə Xalidi agentliyə bildirib.

Onun sözlərinə görə, xəstəxanalara 31 nəfər müraciət edib. Onların əksəriyyəti - 29 nəfər evə buraxılıb. İki zərərçəkmişə tibbi yardım göstərilir.

Xatırladaq ki, noyabrda İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 634 nəfər xəsarət alıb. 

www.ann.az

Xəbər lenti