İran etiraf etdi: "Təyyarəni yanlışlıqla vurduq"

İran etiraf etdi:
İran Ukrayna təyyarəsini raketlə vurduqlarını etiraf edib.

Ann.az xəbər verir ki, bu barədə İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif rəsmi tvitter hesabında məlumat paylaşıb. O, baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiklərini ifadə edib.

"Kədərli bir gündür. Silahlı Qüvvələr tərəfindən aparılan daxili istintaq tədbirlərinin nəticəsi: ABŞ macəpərəstliyinin səbəb olduğu böhran anında insan xətası fəlakətə səbəb oldu. Xalqımız, qurbanların yaxınları və zərər çəkən digər millətlər qarşısında peşmançılıq hissi keçirir, üzr istəyir və başsağlığı diləyirik", - deyə Zərif yazıb.
 
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid "Boeing 737" model sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Aeroportundan hava qaldıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib.


www.ann.az

Xəbər lenti