İran-Azərbaycan sərhədində insident: sərhədçimiz bıçaqlandı (FOTO)

İran-Azərbaycan sərhədində insident: sərhədçimiz bıçaqlandı (FOTO)
Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub. 

Bu barədə Ann.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilmiş, ərazidə axtarış təd­birləri keçirilmişdir. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılmışdır.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tər­miş, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirmişdir. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilmişdir, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunmuşdur.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilmiş, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olmuşdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.
 





www.ann.az

Xəbər lenti