İnternetdə bu il ən çox kimi axtarıblar?

İnternetdə bu il ən çox kimi axtarıblar?

2013-cü ilin internetdə ən çox axtarılan məşhurunun adı məlum olub. 

ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, «Binq» onlayn axtarış sisteminin hazırladığı reytinqə amerikalı R`n`B ifaçısı Beyons başçılıq edir. O, bu il sözügedən axtarış sistemində adı ən çox yazılan məşhurdur. Beyons ikinci və üçüncü pillələrdə qərarlaşan Kim Kardaşyan və Rihannadan xeyli üstün olub. 

İlk beşlikdə yer alan məşhurların hamısı qadındır. Belə ki, Beyons, Kim Kardaşyan və Rihannadan sonra internetdə ən çox axtarılan məşhurlar Teylor Svift və Madonna olub. 

2012-ci ildə siyahının 2-ci pilləsində qərarlaşan Castin Biber isə bu il 6-cı pilləyə düşüb.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti