İnsan beyninin ən detallı xəritəsi HAZIRLANDI+FOTOLAR

İnsan beyninin ən detallı xəritəsi HAZIRLANDI+FOTOLAR
Allen İnstitutu tərəfindən həyata keçirilən bu layihə çərçivəsində insan beyninin ən detallı xəritəsi hazırlanıb.

Nevroloqlar insan beyninin planetdəki ən qarışıq əzələ quruluşuna sahib olduğunu bildirirlər. İllər boyu aparılan tədqiqatlar da insanın beyni ilə əlaqəli kifayət qədər bilgiləri ortaya qoya bilməmişdir. Lakin bu yaxınlarda beyinə aid olan 97 yeni hissə tapan araşdırmaçılar indiki dövr üçün beyninin ən detallı xəritəsinin hazırlanmasını həyata keçirib. 

Allen Institute tədqiqatçılarının hesabatına görə, az qala bir əsr əvvədən qalan sənədlərin əsas olaraq istifadə edildiyi bir dövrdə, tam yeni və daha detallı beyin xəritəsinin çıxarılmasına çoxdan ehtiyac yaranmışdı. Yayımladıqları gündən etibarən bu yeni beyin xəritəsindən gələcək tədqiqatlarda qaynaq olaraq istifadə edilməsinin mümkün olduğunu deyən alimlər, elmin artıq yeni beyin xəritəsinə sahib olduğunu qeyd edirlər.

Metodik histoloji boyama metodu ilə beynin xüsusi hissələrinə ötürücülər yerləşdirilərək, alınan məlumatlar da xəritədə öz əksini tapıb. Qeyd etdiyimiz bu məlumatlar da 826 ədəd hissəsini rəqəmsal atlas yaratma çərçivəsində birləşdirib. Bu mərhələnin sonunda isə alimlər olduqca detallı beyin xəritəsinin yaradılmasını tamamlayıblar. 

İnsan beyninin bu günə qədər mövcud olmuş ən geniş xəritəsinə onlayn kitabxana ve Allen Instıtute vebsaytından baxa bilərsiniz. //pahoo.az
 




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti