İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 832-yə çatdı

İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 832-yə çatdı
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.

Ann.az xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

Daha öncə 420 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.


www.ann.az

Xəbər lenti