“İndidən “qızıl dub”lu düşünsək...” – Qurban Qurbanov + Video

“İndidən “qızıl dub”lu düşünsək...” – Qurban Qurbanov + Video
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Bakı” ilə kubok matçından sonra keçirdiyi mətbuat konfransında komandasının çempionluq və kubok qazanmaq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qeyd edib ki, hər iki titulu qazanmaq qarşıya məqsəd qoyulsa da, bu haqda düşünmək tezdir: 

"Hər qələbə bizi bir addım həm çempionluğa, həm də kuboku qazanmağa yaxınlaşdırır. Ancaq hələ ki "qızıl dubl” haqda düşünmürük. Təbii ki, biz də hədəflərimizə çatmaq istəyirik.  Çempionatda gözlənilməz nəticələrin şahidi oluruq. Bu, daha çox kubok oyunlarında  baş verir. İndidən hər iki titulu qazanmaq haqda düşünsək, bizə çətin olar. Hər bir oyuna fərdi yanaşırıq. Bizi yalnız növbəti turda "Sumqayıt”la qarşılaşacağımız oyun düşündürür”. 
 
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti