İmran Cəfərzadə Almaniyadan qayıtdı - FOTOLAR

İmran Cəfərzadə Almaniyadan qayıtdı - FOTOLAR
Nabranda istirahət mərkəzində ağır yaralanaraq bir ayağını itirən və Almaniyanın "Şarite" klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadə bu səhər Bakıya qayıdıb.APA-nın xəbərinə görə, İmran Cəfərzadənin olduğu təyyarə yerli vaxtla saat 04.55-də Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib.  Ağlayaraq getdikləri bu səfərdən böyük sevinclə qayıtdıqlarını deyən İmranın anası Nuridə Cəfərzadə verdiyi dəstəyə görə ölkə başçısı İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib: "İmran özünü indi çox yaxşı hiss edir. Bizə dəstək olan  başda prezidentimiz və xanımı olmaqla hər kəsə minnədarıq. Şükürlər olsun, İmran əvvəlki kimi yeriyə bilir. Bir ayağı bərpa olunub, digər ayağına isə protez taxılıb". İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər də olub. Göstərdiyi maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə təşəkkürünü bildirən İmranın xalası Əzizə Baxşıyeva bildirib ki, bu gün onun üçün ikiqat bayramdır: "İmranın əvvəlki sağlığına qayıtması bizi çox sevindirir. Bu işdə bizə kömək olan prezidentimizə, onun xanımına, ölləmizin Almaniyadakı səfirliyinin əməkdaşlarına öz  təşəkkürümü bildirirəm". Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən qoruyucu barmaqlıq olmadığından hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb. Hadisə ilə bağlı Baş Prokorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.ANN.Az

Xəbər lenti