İlham Əliyevlə Andjey Dudanın təkbətək və geniş tərkibdə görüşü olub (FOTOLAR)

İlham Əliyevlə Andjey Dudanın təkbətək və geniş tərkibdə görüşü olub (FOTOLAR)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

Ann.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Andjey Dudanı qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib. İlham Əliyev və Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Andjey Dudanın qarşısından keçib.

Ardınca İlham Əliyev və Andjey Dudanın təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
 











www.ann.az

Xəbər lenti