İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Ann.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı eyni zamanda Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.

Belarus Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

www.ann.az

Xəbər lenti