İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib

İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.AzərTAc xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu.Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açdı.Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış etdilər.Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti