İlham Əliyev İsmayıllıda açılışlar etdi (FOTO/YENİLƏNİB)

İlham Əliyev İsmayıllıda açılışlar etdi (FOTO/YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Ann.az xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Prezident İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.

Bu gün həmçinin İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Prezident İlham Əliyev yolun açılışında iştirak edib. Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın da açılışı olub. Prezidenti açılışda iştirak edib.
 






















Tərəfdaşların xəbərləri

Xəbər lenti