İlham Əliyev iki sərəncam imzaladı

İlham Əliyev iki sərəncam imzaladı
Dövlət başçısı İlham Əliyev iki sərəncam imzalayıb. Birinci sərəncamla Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılır.İkinci sərəncamla İlham Əliyev prezident təqaüdü alan 1941-1945-ci illər müharibəsi iştirakçılarının sırasına İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxsləri də əlavə edib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti