İlham Əliyev iki icra başçısını vəzifəsindən azad etdi (SƏRƏNCAM)

İlham Əliyev iki icra başçısını vəzifəsindən azad etdi (SƏRƏNCAM)
Prezident İlham Əliyev iki sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı Şəmsəddin Xanbabayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin, Qoca Çərkəz oğlu Səmədovu Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.

Qoca Səmədov isə 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. O, 18 fevral 2011-ci ildən Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsini tuturdu.


www.ann.az

Xəbər lenti