İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Vidadi İsa oğlu İsayevi ordenlə təltif edib. 

Ann.az xəbər verir ki, prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə V.İsayev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub.

2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə "Əmək” ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.

www.ann.az

Xəbər lenti