İlham Əliyev bu şəxsləri təltif etdi (ADLAR)

İlham Əliyev bu şəxsləri təltif etdi (ADLAR)
Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.

Ann.az-ın Modern.az-a istinadən məlumatına görə, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti