İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)

İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)
Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ann.az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb. 

Dövlət başçısı bu gün həmçinin ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb.

İlham Əliyev bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə d görüş keçririb. Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib. 

Prezident Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib. Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini edib.

Dövlət başçısı BMT baş katibinin müavini Rəşid Xalikovu da qəbul edib. BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs edib, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb.

Prezident BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirib. Dövlət başçısı Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğulayıb. Prezident baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırlaıb. İlham Əliyev BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib. 

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 









www.ann.az

Xəbər lenti