İlham Əliyev Bərdədir (FOTOLAR)

İlham Əliyev Bərdədir (FOTOLAR)

İlham Əliyev Bərdədir (FOTOLAR)
Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfərə gəlib.

Ann.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.

Prezident Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

İlham Əliyevə məlumat verilib ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.

Prezident pambıqçılarla görüşüb. Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlığını bildirib. 

Dövlət başçısı görüşdə çıxış edib. Sonra səpin işlərinə başlanılıb. Daha sonra xatirə şəkli çəkdirilib. İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb. Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün "Azərpambıq” MMC ilə müqavilə imzalanıb.
 


 












www.ann.az

Xəbər lenti