İlham Əliyev: “Azərbaycanda siyasi məhbus yoxdur”

İlham Əliyev: “Azərbaycanda siyasi məhbus yoxdur”
Azərbaycanda siyasi məhbus yoxdur və bunu AŞPA-da aparılan müzakirələr də təsdiqləyib.APA-nın xəbərinə görə, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib. Onun sözlərinə görə, ötən ilin yanvar ayında AŞPA-da bu məsələ ilə bağlı geniş müzakirələr keçirilib və Azərbaycanda siyasi məhbusların mövcudluğu fikrinin tərəfdarlarının təqdim etdiyi qətnamə iflasa uğrayıb: “Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmayıb. Bu o deməkdir ki, mənim əvvəllər dediyim kimi, Azərbaycanda siyasi məhbus yoxdur və bu, Avropanın, dünyanın mühüm institutlarından biri tərəfindən təsdiqlənib”. Prezident Azərbaycanın 10 ildən artıqdır Avropa Şurasının, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin üzvü olduğunu xatırladıb: “Əgər kiminləsə ədalətsiz davranıblarsa, Avropa Məhkəməsinə hər zaman müraciət etmək imkanı var”. Prezident İlham Əliyev “siyasi məhbus” anlayışının dəqiq tərifinin olmadığını vurğulayıb: “Əgər rəsmi təyinat olarsa, məsələn, AŞPA bunu qəbul edərsə, o zaman kimin siyasi məhbus olub-olmadığını müəyyənləşdirmək asan olacaq”.ANN.Az

Xəbər lenti