İdman direktoru narkobaron çıxdı

İdman direktoru narkobaron çıxdı
"Atletiko"nun idman direktoru Joze Luis Perez Kaminero həbs oluna bilər.

Fanat.az xəbər verir ki, Madrid klubunun rəsmisi narkotik qaçaqmalçılığında və "çirkili pullar"ın yuyulmasında ittiham olunur.

Prokuror narkotik alveri ilə məşğul olan şəbəkələrlə əlaqəsi sübut olunan Kamineronun 4 il azadlıqdan məhmur edilməsini və 4 milyon avro cəorimələnməsini istəyib. Prokurorluq idman direktorunun cinayətkar şəbəkə ilə sıx əlaqədə olduğunu, "çirkli pulların yuyulması"ndan faiz götürdüyünü önə sürüb. Bildirilir ki, “Atletiko”nun idman direktoru 1989-1993 ve 1998-2004-cü illərdə “Valyadolid”, 1993-1998-ci illər aralığında “Atletiko”nun heyətində futbolçu kimi çıxış etdiyi vaxtlar da bu cür cinayət tərkibli işlərlə məşğul olub. Onun İspaniyada Meksika və Kolumbiyanın narkotika şəbəkəsi ilə əməkdaşlıq etdiyi bildirilir.Qeyd edək ki, Kaminero 2008-ci ildə Madridə polis tərəfindən saxlanılarkən, onun maşınından 100, 200 ve 500 avroluk bankonatlar şəklində 58 min 500 avro nağd pul çıxmışdı. Polis pulların Madriddə fəaliyyət göstərən kolumbiyalı və meksikalı mafiyaya məxsus olduğunu iddia etmişdi. Ancaq Kaminero həmin vaxt girov qarşılığında azadlığa çıxa bilmişdi.

Baş verənlərin ardından Madrid klubunun idman direktorunu istefaya göndərəcəyi gözlənilir.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti