İcra Hakimiyyəti 17 milyon manata teatr binası tikdirəcək

İcra Hakimiyyəti 17 milyon manata teatr binası tikdirəcək
Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

Ann.az "Report"a istinadən xəbər verir ki, tenderin qalibi "Rövşən Oğuz Qrup" MMC-dir. 

Qalib şirkətə 16,9 milyon manat ödəniləcək. 

Xatırladaq ki, "Rövşən Oğuz Qrup" həm də İcra Hakimiyyətinin şəhərdə idman sarayının tikintisi ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub. Şirkət bunun üçün 4,6 milyon manat alacaq. Beləliklə, iki satınalma üzrə ümumi ödəniş 21,5 milyon manat təşkil edəcək. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti