İcra başçısından yeni təyinatlar

İcra başçısından yeni təyinatlar
Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı təyin edilib.

İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti