İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi

İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi
Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Ann.az-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.

Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti