İbrahimoviç tatularının sirrini açıqladı - FOTO+VİDEO

İbrahimoviç tatularının sirrini açıqladı - FOTO+VİDEO
PSJ-nin isveçli futbolçusu İbrahimoviç 50 nəfər ac insanın adını bədəninə yazdırıb

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İbrahimoviç dünyadakı aclıq probleminə diqqəti cəlb etmək üçün BMT-nin Dünya Qida Proqramı ilə birlikdə "805 milyon ad" layihəsi çərçivəsində Parisdə mətbuat konfransı keçirib.

Jurnalistlərlə görüşündə futbolçu ona görə aclıq probeminin ən öndə gəldiyini ifadə edib və bədəninə döydürdüyü tatuların sirrini açıqlayıb.

O, hazırda dünyada aclıqdan əziyyət çəkən 80 milyon adamdan 50-sinin adının bədəninə yazdırdığını deyib. O, bunun simvolik xarakter daşıdığını, ac insanların olmasının onun üçün bütün fəlakətlərdən öndə gəldiyini vurğulayıb. O, özünün də uşaqlıq və yeniyetməlik illərində bənzər halla qarşılaşdığına işarə edərək "Aclığın nə olduğunu yaxşı bilirəm. Uşaqkən soyuducunu açıb orada heç nə tapmadığım günlərim olub".

Çıxışında zarafata yer verən futbolçu deyib: "Kaş dünyadakı bütün ac insanların - 805 milyon adamın hamısının adlarını bədənimə yazdıra biləydim. Heyf ki, o qədər nəhəng deyiləm".
 
 
 
 
 
 
 
Sonucu futbol matçından sonra formasını çıxaran futbolçunun bədəninə yazdırdığı bəzi adları oxumuş və bu, əksəriyyətinin marağına səbəb olmuşdu. Bədəninə döydürdüyü bəzi adlar haqqında da media qurumlarına məlumat verən İbrahimoviç "Abdullah" adının onun üçün xüsusi önəm daşıdığını qeyd edib, amma daha detallara varmayıb. O, şəxsi "İnstagram" səhifəsində fotolarını da yayıb. Güman edilir ki, Abdullah onun babasının adıdır.

ANN.Az
 

Tərəfdaşların xəbərləri

Xəbər lenti