Hollandiya rəsmən Niderland oldu

Hollandiya rəsmən Niderland oldu
Hollandiya 2020-ci il yanvarın 1-dən rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.

Ann.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Məlumata görə, yerli idarəetmə orqanları, özəl şirkətlər və ali məktəblər bundan sonra yalnız Niderland adından istifadə edəcəklər. Hökumətin ölkə adında rebrendinq etməkdə məqsədi buranı "narkomanlar üçün cənnət" imicindən xilas etmək və turist axınını artırmaqdır.

Adın dəyişdirilməsinə 200 min avro vəsait ayrıldığı qeyd olunub.


www.ann.az

Xəbər lenti