Hikmət Hacıyev: “Şərq Tərəfdaşlığı” tərəfdaş ölkələrin ehtiyac və tələblərinə cavab verməlidir”

Hikmət Hacıyev: “Şərq Tərəfdaşlığı” tərəfdaş ölkələrin ehtiyac və tələblərinə cavab verməlidir”
"Biz "Şərq Tərəfdaşlığı” proqramında iştirak edirik. "Şərq Tərəfdaşlığı”nın daha da inkişaf etdirilməsi ilə bağlı bəzi danışıqlar aparılır, müzakirələr gedir, lakin bizim üçün bu prosesdə inklüzivlik və tərəfdaşları sıralamamaq son dərəcə vacibdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

"Həm də "Şərq Tərəfdaşlığı” əslində tərəfdaş ölkələrin ehtiyac və tələblərinə cavab verməlidir. Çünki Azərbaycan "Şərq Tərəfdaşlığı"nı ümumi bir çərçivə olaraq görür, "Şərq Tərəfdaşlığı” daxilində hər hansı bir donor dəstəyi və ya hər hansı bir maddi dəstək istəmir. Bizim istəyimiz odur ki, daha geniş çərçivədən istifadə edərək Avropa İttifaqı ilə daha yaxın əməkdaşlıq quraq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

www.ann.az

Xəbər lenti