Hikmət Hacıyev: "Düşmən Füzuli və Goranboyu raket atəşinə tutub" (FOTOLAR)

Hikmət Hacıyev:
Ermənistan ordusunun Azərbaycana qarşı raket hücumu davam edir. Düşmən bu dəfə Füzuli və Goranboy rayonlarının kəndlərini hədəf alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

H.Hacıyev atılan raketlərin fotolarını paylaşaraq bildirib ki, onlar Füzulidə əkin sahəsinə düşüb. Düşmən Goranboya qarşı da eyni təxribatı törədib. 
Raketlərin atıldığı ərazilər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mühasirəyə alınıb.








www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti