Hiddink Hollandiya millisindən gedir

Hiddink Hollandiya millisindən gedir
Hollandiya millisinin baş məşqçisi Quus Hiddink komandadan ayrılmaq istəyir.

Qol.Az-ın məlumatına görə, bu barədə 68 yaşlı mütəxəssisin özü açıqlama verib.

"De Telegraaf"a danışan Hiddink işini köməkçisi Danni Blində həvalə etməyi düşündüyünü bildirib: "Ətrafımdakı insanlarla məsləhətləşib, yekun qərarımı açıqlayacam. Bunun üçün nə qədər vaxt lazımdır? Sadəcə bir neçə saat ərzində qərarımı açıqlaya bilərəm. İşimi köməkçim Danni Blində həvalə etməyi düşünürəm".

Qeyd edək ki, "Avro-2016"nın A qrupunda mübarizə aparan Hollandiya yığması turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti