Hicran Hüseynova: "Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır"

Hicran Hüseynova:
Qadınların əksəriyyəti bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır.

Oxu.az-ın məlumatına görə, bunu YAP-ın İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Sədr qeyd edib ki, dünya təcrübəsində aliment verilməyəndə bu məbləği Aliment Fondu verir:

"Ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir. Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

www.ann.az

Xəbər lenti