Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi (SİYAHI)

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi (SİYAHI)
 
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiq edilib.

Ann.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın sədri
Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Yazıçılar Birliyinin sədri
Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan Memarlar İttifaqının sədri
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Tahir Salahov - Xalq rəssamı
Ömər Eldarov - Xalq rəssamı

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti