Həsənağa Adıgözəlzadə vəfat edib

Həsənağa Adıgözəlzadə vəfat edib

Həsənağa Adıgözəlzadə vəfat edib
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan, Əməkdar incəsənət xadimi, Həsənağa Adıgözəlzadə dünyasını dəyişib.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov yayıb.

Bildirilir ki, 72 yaşlı mərhum bəstəkarın cənazəsi bu gecə Türkiyədən Bakıya gətirilib.

Bu gün 12:00-dan 14:00-a dək Təzə Pir məscidində Həsənağa Adıgözəlzadə ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Adıgözəlzadə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin əmisidir.
 


www.ann.az

Xəbər lenti