Həsən Əliyev küçəsində yeni yol hissəsi salınıb - FOTOLAR

Həsən Əliyev küçəsində yeni yol hissəsi salınıb - FOTOLAR
Bakıda - Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb.
 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "Report"a bildirilib ki, yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib.

Nəqliyyat vasitlərinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün atılan məqsədyönlü addımların tərkib hissələrindən biridir.
Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.

Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.

Qeyd edək ki, nəqliyyat sıxlığını aradan qaldırılıb, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə işlər Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə aparılır.
 





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti