Hərbi ekspert: "Ermənilərin özlərindən sızan məlumata görə, itkiləri çoxdur..."

Hərbi ekspert:
"Ermənilər bu günə kimi ölənlərin sayını gizlədir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə deyib. O bildirib ki, erməni tərəfi 30 ildir bu üsüldan istifadə edir:



"Onlar belə yola əl atmasaydılar, bizi təəccübləndirmiş olardılar. Bunlar 30 ildir belə taktikadan istifadə edir, şişirtmək, yalan məlumat yaymaq və s. Nə təsdiq edə bilirlər, nə də təkzib, sadəcə danışırlar. Aydındır ki, biz hamımız Tovuzdan çəkilən videokadrları gördük. Hamı gördü ki, şəhidləri və yaralıları cəbhə zonasından necə gətirirlər. Nə olubsa, nə qədər itki vermişiksə, biz onu gizlətməmişik, hamısını göstərmişik. Ermənilər isə bu günə kimi ölənlərinin sayını gizlədir". 

Azad İsazadənin fikrincə, Ermənistan tərəfinin itki sayı daha çoxdur:

"Onların özlərindən sızan məlumata görə, itkiləri çoxdur. Sosial şəbəkələrdə cürbəcür rəqəmlər gəzir. 20-dən 70 nəfərə kimi əsgər öldüyü deyilir. Deyirlər ki, yük maşını ilə meyit daşıyırlar, qospitallar yaralı ilə doludur. Belə məlumatları biz də oxuyuruq. Azərbaycan Müdafiə Nazirliyi praktiki detalları açmadan bütün əhaliyə vacib olan məlumatıları vaxtında çatdırır. Sözsüz ki, vəziyyət hələ gərgindir".



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti