Həbib Nurməhəmmədovun atası dünyasını dəyişdi

Həbib Nurməhəmmədovun atası dünyasını dəyişdi
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov 57 yaşında dünyasını dəyişib.

Ann.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.

Aprel ayının sonlarında Abdulmanapın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. Xəstəlik ağırlaşma mərhələsində olduğundan, hipertonik böhran insulta səbəb olmuş və Nurməhəmmədov ürəyindən əməliyyat keçirmişdi.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti