Həbib Nurməhəmmədov bir döyüşdən 50 milyon dollar qazanacaq

Həbib Nurməhəmmədov bir döyüşdən 50 milyon dollar qazanacaq
Həbib Nurməhəmmədov növbəti döyüşündən 10-50 milyon dollar arası pul qazana bilər.

Ann.az xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib.

UFC prezidenti Deyna Uayt da Nurməhəmmədovun növbəti döyüşünə görə mümkün qonorardan danışıb. Prezident rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib: "Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur".

Qeyd edək ki, Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. Onun növbəti rəqibi hələlik məlum deyil.

www.ann.az

Xəbər lenti