Hava nə vaxt isinəcək?

Hava nə vaxt isinəcək?
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-nə qədər davam edəcək.

Ann.az xəbər verir ki, bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib. Baş hidroloq xatırladıb ki, aprelin 19-u gündüz saatlarından başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir:

"Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının bir sıra ərazilərində yağıntılar intensiv olub.

Eyni zamanda Naxçıvan MR-nın Ordubad rayonun dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl, Kiçik Qafqazda, eləcə də Böyük Qafqaz ərazilərində intensiv yağntılar müşahidə edilib”.

A.Verdiyevin sözlərinə görə, intensiv yağıntılar nəticəsində respublika ərazisindəki çaylarda suyun səviyyəsi artıb:

"Respublika çaylarında sululuğun artımı davam edib. Əsasən, Lənkəran-Astara bölgəsinə aid olan Lənkərançayda, eyni zamanda Kiçik Qafqaz ərzisinə axan Zəyəmçayda və Qanıx, Araz çaylarında da artım müşahidə edilib.

Ümumilikdə isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-ə qədər davam edəcək”.

www.ann.az

Xəbər lenti